Əl Şaraa: Suriyada prezident seçkiləri dörd ildən sonra keçiriləcək
Suriyada prezident seçkiləri yeni konstitusiyaya əsasən dörd ildən sonra keçiriləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa Dohada keçirilən forumda bəyan edib.
"Biz milli dialoq üzrə hərtərəfli konfrans keçirdik və nəticədə müvəqqəti konstitusiya bəyannaməsi qəbul olundu. Bu bəyannamə prezidentə beş il müddətində hakimiyyətdə qalmaq səlahiyyəti verdi. Beş il ərzində bir çox qanunlar qəbul ediləcək və dövlət idarəetmə sistemi üçün əsas prinsip olacaq konstitusiya hazırlanacaq. Dörd ildən sonra mütləq seçkilər keçirəcəyik", - Suriya lideri deyib.
Əl Şaraa vurğulayıb ki, bu proses keçid dövrünün xarakteri və mürəkkəbliyi ilə bağlı daha çox vaxt tələb edir.
O əlavə edib ki, keçid hökuməti ölkənin üzləşdiyi çətin şəraitə baxmayaraq, parlament seçkilərini təşkil edib və bu proses mövcud vəziyyətə uyğun olaraq həyata keçirilib.
Oxşar xəbərlər
BƏƏ 172 İran raketinin vurulduğunu, yanlız birinin ölkə ərazisinə düşdüyünü açıqladı
Fevralın 28-dən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə qüvvələri İrandan ölkəyə atılan 186 ballistik raketlə qarşılaşıb. BAKU.WS "The Times...