Əhaliyə vacib XƏBƏRDARLIQ - Növbəti 5 gündə...

Əhaliyə vacib XƏBƏRDARLIQ - Növbəti 5 gündə...
Dünya 154

Günəşdə böyük bir tac dəliyi səbəbindən bu həftə sonu Yerdə maqnit qasırğaları gözlənilir.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

"Günəş küləyinin sürətinin güclü artması ilə əlaqədar şənbə və bazar günlərindən başlayaraq geomaqnit mühitində nəzərəçarpacaq dəyişikliklər gözlənilir. Səbəb böyük tac dəliyi olacaq", - hesabatda deyilir.

Maqnit qasırğalarının ehtimalı təxminən 30-40%, geomaqnit pozuntularının ehtimalı isə təxminən 30-40% təşkil edir.

İlkin hesablamalara görə, günəş küləyinin sürəti indiki 400 km/s-dən 600-700 km/s-ə qədər artacaq. 

Xatırladaq ki, güclü günəş alovu beş qitədə radio rabitəsini sıradan çıxarır

Qeyd edək ki, qeyri-sabit geomaqnit vəziyyətin ümumi müddəti 4-5 günə qədər ola bilər.

Son xəbərlər