Əfqanıstanda 18 gündür davam edən yağış və daşqınlarda 189 nəfər ölüb
14
apr
2026
12:57
Əfqanıstanda son 18 gündə təsirli olan güclü yağışlar və daşqınlar ciddi itkilərə səbəb olub.
BAKU.WS xəbər verir ki, ölkənin Milli Fəlakətlərin İdarəolunması qurumunun məlumatına əsasən, təbii fəlakətlər nəticəsində 189 nəfər həyatını itirib.
Rəsmi məlumatda bildirilir ki, daha 9 nəfər itkin düşmüş hesab olunur, 253 nəfər isə yaralanıb.
Qeyd olunub ki, daşqınlar nəticəsində 1303 ev tamamilə dağılıb, 5800 ev isə qismən zərər görüb.
Məlumata görə, Əfqanıstanın böyük hissəsi martın 25-dən etibarən güclü yağış, külək və sel hadisələri ilə mübarizə aparır.
Oxşar xəbərlər
Mossad rəhbəri: İranla bağlı missiya hələ başa çatmayıb
İsrailin xarici kəşfiyyat xidməti Mossad-ın direktoru David Barnea İranla bağlı əməliyyatların davam etdiyini bildirib. BAKU.WS xəbər verir ki, "Ynet" nəşrinə i...