Əfqanıstan hakimiyyəti Pakistandan dərman idxalını qadağan etdi

Əfqanıstan hakimiyyəti Pakistandan dərman idxalını qadağan etdi
Dünya 22

Əfqanıstan hakimiyyəti sərhəddəki keçid məntəqələrinin daimi olaraq bağlanmasına cavab olaraq Pakistandan dərman preparatlarının idxalını qadağan edib.

BAKU.WS xəbər verir ki, Bu barədə "Alemarah" portalı məlumat yayıb.

Məlumatda deyilir ki, Əfqanıstan ticarət yollarının mütəmadi blokadasına cavab olaraq Pakistan istehsalı dərmanların ölkəyə idxalını qadağan edib və bu addımı ölkənin iqtisadi maraqlarını qorumaq tədbiri kimi qiymətləndirib.

Mənbənin məlumatına görə, artıq sifariş verilmiş Pakistan şirkətləri və podratçılarla hesablaşmaların tənzimlənməsi üçün üç aylıq müddət müəyyən olunub.

Qeyd olunur ki, bir müddət əvvəl Əfqanıstanın xarici işlər nazirinin müavini Məhəmməd Nəim bildirmişdi ki, Əfqanıstan və Pakistan nümayəndələrinin İstanbulda keçirdiyi danışıqlar uğursuzluqla nəticələnib.

Pakistan və Əfqanıstan arasında münasibətlər oktyabrın 9-dan 10-na keçən gecə Pakistanda hava qüvvələrinin Kabilin bir rayonu və Paktika əyalətindəki bazara hava zərbələri endirməsindən sonra daha da pisləşib. Həmin hücum nəticəsində Pakistan taliblərinin üç rəhbəri məhv edilib.

Son xəbərlər