Eboladan ölənlərin sayı 204-ə çatdı -Konqo
24
may
2026
16:45
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan şübhəli ölüm hallarının sayı 204-ə yüksəlib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Kommunikasiya və Media Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkənin şərqində yerləşən İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində ümumilikdə 867 ehtimal olunan yoluxma halı aşkarlanıb.
Məlumata əsasən, 10 ölüm və 91 yoluxma faktı laborator müayinələrlə təsdiqlənib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) daha əvvəl KDR-də yayılmış Ebola epidemiyasını beynəlxalq əhəmiyyətli fövqəladə səhiyyə vəziyyəti elan etmişdi.
Oxşar xəbərlər
ABŞ və İran arasında yeni razılaşma: Hörmüz boğazı açılır?
ABŞ və İran arasında 60 günlük atəşkəs rejiminin uzadılmasını nəzərdə tutan razılaşmanın imzalanmasına yaxın olunduğu bildirilir. BAKU.WS xəbər verir ki, bu bar...