Ekrem İmamoğlu və digər şəxslər həbs ittihamları ilə məhkəməyə aparılıb

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğlu İBB-yə qarşı aparılan istintaq çərçivəsində həbs tələbi ilə məhkəməyə aparılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
İstanbul Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu və digər 99 şübhəli barəsində "cinayətkar təşkilata rəhbərlik", "cinayətkar təşkilata üzvlük", "korrupsiya", "rüşvət alma", "fırıldaqçılıq", "qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi" və "tenderi saxtalaşdırma" cinayətləri ilə bağlı istintaq başladılıb, onun və digər şəxslər "PKK/KCK terror təşkilatına yardım" ittihamı üzrə cinayət işi davam edir.
Polis bölməsindəki əməliyyatlardan sonra şübhəli şəxslər Çağlayandakı İstanbul Ədliyyə Sarayına aparılıb və onların prokurorluqdakı ifadələri tamamlanıb. İmamoğlu korrupsiya istintaqı çərçivəsində "cinayətkar təşkilat yaratmaq", "tenderi saxtalaşdırmaq" və "rüşvət" ittihamları ilə həbs tələbi ilə məhkəməyə aparılıb. Terror istintaqı çərçivəsində İmamoğlu ilə yanaşı, həmçinin Şişli Bələdiyyə Başçısı Rəsul Emrah Şahan, İBB sədrinin müavini Mahir Polat və İslahat İnstitutunun direktoru Mehmet Əli Çalışkan "silahlı terror təşkilatına yardım etmək" ittihamı üzrə həbs tələbi ilə məhkəməyə aparılıblar.
*** 23.03.2025 01:40
Prokurorlar İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlunun şəhərin Ədliyyə Sarayında dindirilməsini başa çatdırıblar.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Haberturk" telekanalı məlumat yayıb.
Bildirilib ki, İmamoğlu barəsində həbs-qətimkan tədbiri ilə bağlı məhkəmənin qərarının bazar günü səhər saatlarında çıxarılacağı gözlənilir. Oxşar bəyanatı Türkiyənin aparıcı müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Özgür Özel İstanbul meriyasının qarşısında keçirilən mitinqdə səsləndirib.
Qeyd edək ki, Ekrem İmamoğlu PKK terror təşkilatı ilə əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir.
*** 22:56
İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlu və digər 90 şübhəli iki istintaq üzrə prokurorlar qarşısında dindirilir.
Bu barədə BAKU.WS "Haber Global"a istinadən xəbər verir.
Şübhəlilərdən ifadə almaq üçün 30 prokuror təyin edilib. Dindirilmə başa çatdıqdan sonra onlar iş materiallarının məhkəməyə verilməsi ilə bağlı qərar verəcək və məhkəmə növbəti həbs-qətimkan tədbirini seçəcək.
Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu və 99 şübhəli barəsində "Cinayət təşkilatının lideri və ya üzvü olmaq", "Qəsbkarlıq", "Rüşvətxorluq" və "Tender saxtakarlığı" maddələri üzrə saxlanılmaları barədə qərar verilib.
*** 20:20
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu və digər 91 şübhəli dindirilmək üçün Çağlayandakı Ədliyyə Sarayına gətirilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Həmin şəxslər prokurora ifadə verməlidirlər. O, öz növbəsində iş materiallarının məhkəməyə verilməsi ilə bağlı qərar verəcək və məhkəmə növbəti həbs-qətimkan tədbirini seçəcək.
Məlumat üçün bildirək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu və 99 şübhəli barəsində "Cinayət təşkilatının lideri və ya üzvü olmaq", "Qəsbkarlıq", "Rüşvətxorluq" və "Tender saxtakarlığı" maddələri üzrə saxlanılmaları barədə qərar verilib.
Oxşar xəbərlər
"Uzak Şehir"in bu aktyorları real həyatda sevgili oldular
Yayımlandığı gündən reytinq rekordu qıran "Uzak Şehir" serialının aktyorlarının real həyatda eşq yaşadığı məlum olub. BAKU.WS xəbər verir ki, bunlar Nare obra...
