Dünyanın ən varlı 500 adamının sərvəti 108 milyard dollar azalıb - SƏBƏB

Dünyanın ən varlı 500 adamının sərvəti 108 milyard dollar azalıb - SƏBƏB
Dünya 142

Planetin ən varlı 500 insanının ümumi sərvəti 108 milyard dollar azalıb.

BAKU.WS xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Ən böyük zərəri Amerika çip istehsalçısı Nvidia-nın baş direktoru Censen Xuann çəkib. Onun sərvəti 20 faiz, yəni 20,1 milyard dollar azalıb. Bununla yanaşı Nvidia şirkətinin dəyəri 600 milyard dollar enərək dünyanın ən dəyərli şirkəti statusunu itirib. NASDAQ birjasında 27 yanvar tarixində səhmlər ticarətin ilk saatında 13 faizdən çox ucuzlaşaraq 123 dollara düşüb.

Oracle Corp.-un həmtəsisçisi Lerri Ellison isə sərvətinin 12 faizini itirib. Onun zərəri mütləq ifadədə Xuannınkından daha çox olub və 22,6 milyard dollar təşkil edib. Dell-in qurucusu Maykl Dell 13 milyard dollar, Binance-in yaradıcısı Çanpen Çjao isə 12,1 milyard dollar itirib.

Səbəb isə...

Texnologiya şirkətlərinin səhmlərinin ucuzlaşmasının səbəbi isə Çinin DeepSeek şirkətinin yaratdığı pulsuz DeepSeek-R1 adlı süni intellekt çat-botunun uğuru olub. Union Bancaire Privee-in idarəedici direktoru Vey-Sern Linqin sözlərinə görə, "DeepSeek göstərir ki, daha aşağı xərclərlə güclü süni intellekt modelləri hazırlamaq mümkündür." Bu vəziyyətin mövcud süni intellekt təchizat zəncirinin investisiya cəlbediciliyinə zərbə vura biləcəyi qeyd olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər