Dünyanın ən təhlükəli və tanınmış kriminal QRUPLARI

Dünya miqyasında ən təhlükəli və tanınmış cinayətkar qruplar həm yerli, həm də beynəlxalq səviyyədə geniş qeyri-qanuni fəaliyyətlərlə məşğuldur.
BAKU.WS xəbər verir ki, rəsmi mənbələrin məlumatına görə, bu kriminal təşkilatlar narkotik ticarəti, silah qaçaqmalçılığı, insan alveri, pul yuma və zorakılıq kimi cinayətlərdə əsas rol oynayırlar.
Meksikanın Sinaloa Karteli qruplaşması dünyanın ən güclü narkotik ticarəti təşkilatlarından biri hesab olunur. Bu qrup narkotik qaçaqmalçılığı, silah ticarəti və korrupsiya kimi fəaliyyətlərlə məşhurdur. ABŞ və digər ölkələrdə geniş izləri var.

İtaliyanın Kosa Nostra (Siciliya mafiyası) qrupu İtaliya və digər ölkələrdə fəaliyyət göstərir. Bu mafiya qrupu uzun illərdir cinayət aləmində öz mövqeyini qoruyub saxlayır. Onlar pul yuma və digər qeyri-qanuni işlərlə məşğuldurlar.

Yaponiyanın ən böyük kriminal təşkilatı olan Yakuza qeyri-qanuni bizneslərdən əlavə, ictimai işlərdə də müəyyən dərəcədə iştirak edir. Onlar həm də beynəlxalq səviyyədə tanınır.

Kolumbiyanın Medellín Karteli – 1980-1990-cı illərdə dünyanın ən təhlükəli narkotik kartelindən biri olub. İndiyə qədər nüfuzunu tam itirməsə də, fəaliyyətləri zəifləyib.

Rusiyanın mafiya şəbəkələri – Rusiyada və keçmiş Sovet ölkələrində geniş yayılan bu kriminal qruplar korrupsiya, insan alveri və silah ticarəti kimi sahələrdə fəaliyyət göstərir.

Hondurasın MS-13 (Mara Salvatrucha) – Mərkəzi Amerikada yaranmış və qlobal yayılan bu qrup, insan öldürmə, narkotik ticarəti və soyğunçuluq kimi ciddi cinayətlərdə ittiham olunur. ABŞ daxil olmaqla, bir neçə ölkədə fəaliyyət göstərir.

Çinin Triadaları – Asiyanın ən qədim və güclü cinayət təşkilatlarından biridir. Qumar, insan alveri, narkotik və silah ticarəti kimi sahələrdə fəaliyyət göstərir və beynəlxalq səviyyədə böyük təsirə malikdir.

Alban mafiyası – Avropada və Şimali Amerikada yayılmış bu qrup insan qaçaqmalçılığı, narkotik ticarəti və silahlı qruplaşmalarla əlaqələndirilir. Xüsusilə Balkan ölkələrində güclü mövqeyi var.

Braziliyanın Comando Vermelho (Qırmızı Komanda) – Rio de Janeyro və digər şəhərlərdə güclü narkotik karteli kimi tanınır. Çoxsaylı zorakılıq və cinayət hadisələri ilə bağlıdır.

İsrail mafiyası: Dünyanın bir çox yerinə yayılmış mafiyadır. Onların digər mafiyalardan fərqi odur ki, ölkələrin hökumətləri ilə təmasda olurlar. Xüsusilə rus yəhudilərinin təşkilatları çox təhlükəli və güclüdür.
Çeçen mafiyası: Onlar vəhşilikləri ilə məşhurdurlar. Əvvəlcə onlar istefada olan xüsusi təyinatlılar, polis və ordu zabitləri ilə işləyirdilər. Daha sonra Çeçen mafiyasına rus-slavyan mafiya dəstələri, Polis və DTK böyük zərbələr endirdi. Bir çox dəstə üzvləri Çeçenistana gedib. Çeçen mafiyasının "Əl-Qaidə" və "Taliban"la əlaqəsi olması ilə bağlı iddialar son vaxtlar ortaya çıxıb, tanınmış çeçen liderləri, radikal dini təşkilatlar və mafiya başçıları ilə əlaqələri var.

Serb mafiyası: Almaniya, İngiltərə, Fransa və Amerikada fəaliyyət göstərirlər. Narkotiklərlə yanaşı, qaçaqmalçılıq, adam oğurluğu və qumar oyunları ilə də məşğul olublar. Onlar Vozdovac, Surcin və Zemun adlı üç böyük ailədən ibarətdir. Onlar Avropada alban mafiyası ilə rəqabət aparırlar.

Rəsmi mənbələr bildirir ki, bu qruplar dünya üzrə müxtəlif qanunsuz fəaliyyətlər həyata keçirir və beynəlxalq hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədirlər. Onların təsir dairəsini azaltmaq üçün ölkələrarası əməkdaşlıq davam etdirilir.
Oxşar xəbərlər
"Jurassic Park" seriyasının yeni filmi 318 milyon dollarla rekord qırdı
32 illik "Jurassic Park" seriyasının "Jurassic World Rebirth" filmi gözləniləndən daha çox gəlir gətirərək rekord qırıb. BAKU.WS xəbər verir ki, ekran işi sadə...
