Dünyanın ən qəribə qanunları – Bu ölkələrdə nəinki gülmək, saqqız çeynəmək də qadağandır

Dünyanın ən qəribə qanunları – Bu ölkələrdə nəinki gülmək, saqqız çeynəmək də qadağandır
Dünya 45

Dünyanın bir çox ölkəsində gündəlik həyatımızın adi hissəsi kimi görünən davranışlar bəzi yerlərdə qanunla qadağan edilib. Qeyri-adi məhdudiyyətləri ilə seçilən bu qanunlar həm yerli əhalini, həm də turistləri təəccübləndirir.

BAKU.WS xəbər verir ki, məsələn, Sinqapurda ictimai yerlərdə saqqız çeynəmək və onu yerə atmaq ciddi qanun pozuntusu hesab olunur. 1992-ci ildən tətbiq edilən bu qanun şəhərin təmizliyini qorumaq məqsədi daşıyır və pozanlara böyük məbləğdə cərimələr tətbiq olunur.

İsveçrənin axşam saatlarında mənzildə unitazı sifonlamaq isə qonşulara narahatlıq yaratdığı üçün müəyyən binalarda qadağan edilib. Hətta bəzi bölgələrdə bu hal "səs-küy yaratmaq" kimi qiymətləndirilə bilər.

Venesiyada göyərçinləri yemləmək qadağandır. Rəsmilər bu qaydanın şəhərin tarixi abidələrini və memarlıq irsini qorumaq məqsədi daşıdığını bildirirlər.

Yunanıstanda isə qədim tarixi əraziləri ziyarət edərkən yüksəkdaban ayaqqabı geyinmək olmaz. Səbəb isə bu ayaqqabıların daş abidələrə zərər vermə ehtimalıdır.

Avstraliyada isə evdə elektrik lampası dəyişmək üçün mütləq lisenziyalı elektrikçidən istifadə edilməlidir. Qanuna əsasən, bu işi özbaşına görmək təhlükəli hesab edilir və cərimələnə bilər.

Mütəxəssislər bildirirlər ki, bu qanunlar hər nə qədər qəribə görünsə də, onların hər birinin arxasında mədəni, sosial və təhlükəsizlik səbəbləri dayanır.

Son xəbərlər