Dünyanın ən qədim göz sürməsi Türkiyədə tapılıb - 8200 yaşı var

Dünyanın ən qədim göz sürməsi Türkiyədə tapılıb - 8200 yaşı var
Foto
Dünya 76

Türkiyənin İzmir şəhəri yaxınlığındakı Yeşilova kurqanında aparılan arxeoloji qazıntılar zamanı 8200 illik daş sürmə sapı tapılıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Yeşiloba kurqanında qazıntılar 2005-ci ildən davam edir və oradakı tapıntılar əhəmiyyətlidir, çünki ərazidə yaşayış məskənlərinin 8500 il əvvələ - eramızdan əvvəl 6500-cü ilə aid olduğunu göstərir.

Ege Universitetinin qazıntı direktoru Zafer Derin, davam edən qazıntılar zamanı 8200 illik daş sürmə sapının tapıldığını açıqlayıb.

Uzunluğu 9,5 sm olan tapıntının indiyə qədər tapılan ən qədim sürmə olduğu bildirilir.

"Tapıntının ucunda qara boya qalıqları var. Onlara sürmə deyirlər. Bu, bəzək alətidir. Bu da onu göstərir ki, Ege qadınları 8200 il əvvəl də xarici görünüşlərinə diqqət yetirmiş, gözəlliyi sevmiş və özlərinə qulluq etmişlər",- deyə Derin bildirib.

O izah edib ki, iti daş karandaş boya qabına batırılıb. Arxeoloq əlavə edib ki, bu gün də Anadolunun müxtəlif yerlərində qadınlar bu üsuldan istifadə edirlər.

Oxşar xəbərlər

Son xəbərlər