Dünyanın ən güclü ordularının reytinqi açıqlandı – Türkiyə ilk onluqdadır
Yeniliklərdən dərhal xəbərdar olun
Global Firepower 2026 hesabatında dünyanın ən güclü ordularının yeni reytinqi açıqlanıb.
BAKU.WS xəbər verir ki, 145 ölkənin hərbi potensialının 60-dan çox meyar əsasında qiymətləndirildiyi hesabatda şəxsi heyətin sayı, müdafiə büdcəsi, hərbi texnika, hava və dəniz qüvvələri, eləcə də texnoloji imkanlar nəzərə alınıb.
Reytinqə bu il də ABŞ liderlik edir. İlk onluqda Rusiya, Çin, Hindistan, Cənubi Koreya, Fransa, Yaponiya, Böyük Britaniya, Türkiyə və İtaliya yer alıb.
Türkiyə siyahıda 9-cu pillədə qərarlaşıb. Hesabatda qeyd olunur ki, ölkənin müdafiə sənayesində əldə etdiyi nailiyyətlər, xüsusilə pilotsuz uçuş aparatları (PUA), "KAAN" milli döyüş təyyarəsi, "Altay" tankı və "MİLGEM" layihələri onun hərbi potensialını daha da gücləndirib.
Global Firepower 2026 reytinqində ilk 10 ölkə belə sıralanıb:
1.ABŞ
2.Rusiya
3.Çin
4.Hindistan
5.Cənubi Koreya
6.Fransa
7.Yaponiya
8.Böyük Britaniya
9.Türkiyə
10.İtaliya
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...