Dünyanın ən böyük binası tikilir - 100.000-dən çox ev, minlərlə mağaza və...
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanında dünyanın ən böyük binasının tikintisinə başlanılıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Ər-Riyad şəhərində inşa edilən Mukaab göydələni kub şəklində yaradılır.
Məlumata görə, bina şəhərin şimal-qərbində yerləşəcək. Hazırda qazıntı işləri aparılır.
"New Murabba Development Company" şirkəti bildirib ki, ərazidə qazıntı işləri artıq 86% tamamlanıb. Göydələn 400 metr hündürlüyü olan kub şəklində inşa edilir. Hündürlüyü 300 metrdən çox olan bina isə şəhərin ən hündür binası olacaq.
Tikilinin içərisində, mərkəzdə nəhəng atrium olacaq. Bu qüllənin ətrafında iki milyon kvadratmetr ərazini tutacaq mağazalar, mədəniyyət və turizm obyektləri yer alacaq.
Tərtibatçıların fikrincə, "New Murabba"da 100.000-dən çox ev, 980.000 kvadratmetr mağaza, 1,4 milyon kvadratmetr ofis sahəsi, həmçinin otellər, mədəniyyət mərkəzləri, universitet, teatr və "ikonik" muzey olacaq.
Nəşr onu da əlavə edib ki, Dövlət İnvestisiya Fondu tərəfindən maliyyələşdirilən "Vizyon 2030" layihəsi çərçivəsində layihənin 2030-cu ilə qədər başa çatdırılması planlaşdırılır.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...