Dünyanın ən bahalı mənzili o oldu - Aralıq dənizi mənzərəsi, spa, kinoteatr və daha nələr…

Daşınmaz əmlak qiymətləri dünyada rekordlar qırır.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Parisdə bir kvadrat metrin qiyməti 10 min avroya çatıb.
Londonda alıcılar paytaxtın mərkəzində iki otaqlı hazır mənzil üçün bir milyon avrodan çox pul ödəməli olacaqlar.
Böyük əksəriyyət üçün bu cür qiymətlərin xəyal olmasına baxmayaraq, tərtibatçılar hər il yeni, inanılmaz layihələrlə ictimaiyyəti heyrətləndirməkdən və şoka salmaqdan əl çəkmirlər.
"Odeon Tower"in beş mərtəbəli tavan mərtəbəsi bu il dünyanın ən bahalı mənzili hesab olunur.
Sahibi Monakoda, Tour Odeon göydələninin üstündə yerləşən mənzil üçün 390 milyon dollar istəyir.
Tapılacağı təqdirdə gələcək sahibi ümumi sahəsi 3000 kvadratmetr olan Aralıq dənizinə baxan mənzilin sahibi olacaq. Mənzildə 5 yataq otağı, qonaq otaqları, soyunub-geyinmə otaqları, idman və fitnes zalları, spa, kinoteatr, uşaq otaqları var.
Bu inanılmaz evdəki hər otaq dünya şöhrətli memar Alexander Giraldi tərəfindən dizayn edilib və unikal dizayna malikdir. Evin diqqətəlayiq cəhəti nəhəng açıq üzgüçülük hovuzu və ona enə biləcəyiniz yüksək sürüşmə zolağıdır.
Qalereya

Oxşar xəbərlər
Ayda balıqçılıq ferması YARADICILIQ
Fransada başlanan bir layihə gələcəkdə Ayda və Marsda astronavtları davamlı protein mənbəyi ilə təmin etmək məqsədi daşıyır. "Lunar Hatch" adlanan bu layihə çər...