Dünyada ərzaq qiymətləri kəskin bahalaşdı - ŞOK RƏQƏMLƏR
Dünyada ərzaq məhsullarının qiymətləri avqust ayında 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə yüksəlib.
BAKU.WS Bloomberg-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında bildirilib.
Məlumata görə, FAO-nun Ərzaq Qiymətləri İndeksi avqust ayında iyulla müqayisədə 1,9 faiz artaraq 133,3 bəndə çatıb. İllik müqayisədə isə artım 2,5 faiz təşkil edib.
Ən böyük bahalaşma şəkərin qiymətində qeydə alınıb. Belə ki, avqust ayında şəkər 11,9 faiz bahalaşıb.
Bundan başqa, buğdanın qiyməti 2,6 faiz, qarğıdalının qiyməti isə 2,5 faiz artıb. Taxıl məhsulları üzrə ümumi qiymət artımı 2,2 faiz olub.
Ekspertlər qiymətlərin yüksəlməsini əsasən geosiyasi gərginliyin artması və ekstremal hava şəraiti ilə əlaqələndirirlər.
Avropada davam edən isti hava dalğaları da kənd təsərrüfatına ciddi təsir göstərib. Məhsuldarlığın azalması qitənin ərzaq idxalından asılılığını artıra və dünya bazarında məhsul uğrunda rəqabəti gücləndirə bilər.
FAO xəbərdarlıq edir ki, hava şəraiti ilə bağlı risklərin yaxın vaxtlarda aradan qalxması gözlənilmir. Bu isə qlobal ərzaq bazarında yeni inflyasiya dalğası riskini artırır.
Oxşar xəbərlər
Uzun müddət oturmaq xərçəngdən ölüm riskini 9 faiz artırır
Böyük Britaniyada 91 mindən çox insanın iştirakı ilə aparılan araşdırma uzun müddət hərəkətsiz oturmağın xərçəngdən ölüm riskini artırdığını ortaya çıxarıb. BAK...