Dubayda Azərbaycan nazir müavinlərinin iştirak etdiyi aviaşouda Hindistan qırıcısı qəzaya uğrayıb
Dubayda keçirilən "Dubai Airshow 2025" aviasiya nümayişi zamanı uçuş proqramı çərçivəsində bir təyyarə qəzaya uğrayıb.
BAKU.WS xəbər verir ki, bu barədə TASS-a istinadən yayıb.
İlkin məlumatlara əsasən, qəzaya Hindistan istehsalı olan "Tejas" qırıcı təyyarəsi düşüb. Proqrama uyğun olaraq yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə eyni saatda) Hindistan Hərbi Hava Qüvvələrinin pilotları öz nümayiş uçuşlarına başlayıblar. Bir neçə dəqiqə davam edən manevrlərdən sonra qırıcı qəfil qəzaya məruz qalıb.
Qeyd edək ki, Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə, eləcə də müdafiə nazirinin müavini, Baş direktor Aqil Qurbanov Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan "Dubai Airshow 2025" sərgisində iştirak edirlər. Onlar müxtəlif ölkələrin rəsmi nümayəndələri və beynəlxalq aviasiya şirkətlərinin təmsilçiləri ilə birlikdə tədbirin rəsmi açılış mərasimində iştirak ediblər.
Oxşar xəbərlər
İran ordusu BƏƏ-dəki ABŞ hərbi bazasına PUA-larla hücum etdiyini açıqladı
İran ordusu ABŞ-nin Lark adasına endirdiyi zərbələrdən sonra Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Əl-Minhad" aviabazasında yerləşən ABŞ hərbçiləri və helikopt...