Dron təhlükəsinə görə "Domodedovo"da gözləyən musiqiçilər konsert verdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın "Domodedovo" hava limanında maraqlı və qeyri-adi hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, Kremlin Brass Orkestrinin musiqiçiləri buradakı sərnişinlər üçün improvizə olunmuş konsert təşkil ediblər.
Onlar planlaşdırılan uçuşlarını həyata keçirə bilmədiklərinə görə gözləmə zalında çıxış ediblər.
Uçuşların gecikməsinə səbəb isə hava məkanında müşahidə olunan pilotsuz uçuş aparatları (dronlar) təhlükəsi olub. Bu təhlükə səbəbilə yalnız "Domodedovo" deyil, həm də "Vnukovo" və "Şeremetyevo" hava limanlarında da uçuşlara məhdudiyyətlər tətbiq olunub.
Hazırda bütün üç hava limanında fəaliyyət bərpa olunub.
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...