Dövlət dumasında miqrantlarla bağlı sərt sözlər: "Kəndlərinə qayıtsınlar"
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Dumasında rus dilini bilməyən miqrantlarla bağlı sərt açıqlamalar səsləndirilib.
BAKU.WS xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov rus dilini bilməyən miqrantlarla bağlı sərt fikirlər səsləndirib və onları öz kəndlərinə qayıtmağa çağırıb. Bu barədə "Tsarqrad" xəbər yayıb.
Xatırladaq ki, Rusiya hökuməti daha əvvəl rus dili bilməyən miqrant uşaqlarının məktəblərə qəbul edilməsini qadağan etməyi dəstəkləyib. "Ədalətli Rusiya - Həqiqət naminə" fraksiyasının rəhbəri Sergey Mironov bir neçə ildir ki, ölkədə miqrasiya siyasətinin sərtləşdirilməsini təklif etdiyini vurğulayıb.
"Biz dəfələrlə diqqət çəkmişik: məktəblərimizdə nə baş verir? Birinci sinifdə dərs zamanı uşaqların yarısı sadəcə oturur, çünki digər yarısı rus dilini bilmir," - deyə deputat narazılığını ifadə edib.
Mironovun sözlərinə görə, bu cür təhsil "əzab"dır və bir çox mənfi nəticələr doğurur. "Biz təklif etdik: gəlin test keçirək. Rus dilini bilənlər Rusiya məktəblərində təhsil alsın. Bilməyənlər isə sağ olun, kəndlərinə, öz evlərinə qayıtsınlar," - deyə o əlavə edib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...