Donald Trampın inaqurasiyasını 24 milyondan çox insan izləyib
ABŞ-nin hazırkı prezidenti Donald Trampın inaqurasiyasını 24 milyondan çox insan izləyib.
BAKU.WS TASS xəbər agentliyinin məlumatına istinadən xəbər verir ki, yanvarın 20-də baş tutan mərasimi ümumilikdə 24,6 milyon tamaşaçı izləyib.
Bu göstərici Nielsen şirkətinin media auditoriyasını ölçmə məlumatlarına əsaslanır. İzləyicilər mərasimi yerli vaxtla saat 10:30-dan 19:00-a qədər (Bakı vaxtı ilə yanvarın 20-də saat 19:30-dan yanvarın 21-də gecə yarısına qədər) yayımlanan 15 fərqli şəbəkə vasitəsilə izləyiblər.
Qeyd edək ki, Nielsen-in məlumatlarına əsasən, 2021-ci ildə Co Baydenin inauqurasiyası 33,8 milyon tamaşaçı cəlb edib. Donald Trampın 2017-ci ildəki ilk inauqurasiyası isə 31 milyon izləyici toplayıb.
Oxşar xəbərlər
Yaponiya Suriyaya 53 milyon dollar yardım ayırdı
Yaponiya Suriyaya 53 milyon dollar məbləğində maliyyə dəstəyi göstərəcək. BAKU.WS xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildi...