"Domodedovo"nun satış tarixi AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
İyunda dövlət mülkiyyətinə keçən "Domodedovo" aeroportunun 2025-ci ilin sonunadək yeni investora satılması planlaşdırılır.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya maliyyə naziri Anton Siluanov "Radio RBK"ya müsahibəsində bildirib.
"Baxarıq, ilin sonuna qədər bunu həyata keçirə biləcəyikmi", – deyə nazir qeyd edib və hökumətin obyektin mümkün qədər tez satılmasında maraqlı olduğunu vurğulayıb.
Siluanov alıcının kimliyini açıqlamasa da, sövdələşmənin açıq hərracda keçiriləcəyini, bununla da bazar qiymətinin və rəqabətin təmin olunacağını bildirib.
Rusiya nəqliyyat naziri Andrey Nikitin isə daha əvvəl qeyd edib ki, nazirlik "Vnukovo" aeroportunun şərik sahibi Vitali Vantsevin "Domodedovo"ya investisiya yatırmaq təklifini araşdırır.
Qeyd edək ki, sentyabrın 1-də Onuncu Arbitraj Apellyasiya Məhkəməsi "Domodedovo"nun aktivlərinə sahib olan "DME Holding"in dövlət mülkiyyətinə verilməsi ilə bağlı əvvəlki instansiyanın qərarını qüvvədə saxlayıb. Aeroportun keçmiş sahibi Dmitri Kamensşik və Direktorlar Şurasının sədri Valeri Koqanın şikayətləri rədd edilib. Baş Prokurorluğun iddiasında bildirilirdi ki, "Domodedovo" hava limanı qrupu adıçəkilən şəxslər və onların ofşor strukturları vasitəsilə xarici nəzarətə keçib.
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...