Dəhşətli CİNAYƏT: Ana iki yaşlı qızını plastik torba ilə boğaraq öldürdü

İngiltərədə 30 yaşlı tibb bacısı Şilirand Çarigvati iki yaşlı qızı Roselini plastik torba ilə boğaraq qətlə yetirib. Qadının bu vəhşicəsinə cinayəti keçmiş əri ilə yaşadığı gərgin qəyyumluq mübarizəsi ilə əlaqələndirilir.
BAKU.WS xəbər verir ki, Luton Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında hakim hadisəni "keçmiş ərə qarşı intiqam" kimi dəyərləndirib. Məhkəmədə qadının əvvəllər mehriban və qayğıkeş bir ana kimi tanındığı, lakin qəyyumluq məsələsində məğlub olduqdan sonra psixoloji dəyişikliklər keçirdiyi bildirilib.
Cinayətdən sonra Çarigvati özü polisə zəng edərək törətdiyi cinayəti etiraf edib. Əvvəlcə ruhi vəziyyətinə görə qəsdən adam öldürmə deyil, ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə mühakimə olunmaq istəyən qadının psixi durumunun normal olduğu ekspertiza tərəfindən təsdiqlənib.
Məhkəmədə çıxış edən uşağın atası Roselinin "şən, sevgi dolu və gözəl bir uşaq" olduğunu deyib və bu sözlər zalda duyğulu anlar yaşadıb.
Məhkəmənin hökmü ilə Şilirand Çarigvati ömürlük həbs cəzasına məhkum edilib. Hakim qərarında "Roselin çox müdafiəsiz idi. Bu, etimadın dəhşətli şəkildə istismar olunmasıdır" sözlərini qeyd edib.
Hadisə ictimaiyyətdə böyük dəhşət və təəssüf hissi yaradıb.

Oxşar xəbərlər
Meyitləri parçalayıb təcrübə aparan qadın saxlanıldı
ABŞ-nin Texas ştatında dəhşət doğuran bir hadisə yaşanıb. "Capital Mortuary Services" adlı dəfn evində çalışan 50 yaşlı Adeline Nqan-Binh Bui meyitlər üzərində...