Dayanacaqda hücuma məruz qalan 63 yaşlı aktyor sağ gözünü itirdi
63 yaşlı məşhur aktyor Mayk Holouey dayanacaqda olarkən ona edilən hücum nəticəsindən sağ gözünü itirb.
BAKU.WS xəbər verir ki, "West End" teatrlarının aktyoru Holouey yaşadığı hücumu belə xatırlayıb:
"15 saniyədə cəhənnəmi yaşadım. Mən hərəkətsiz qaldım və qışqırmağa başladım".
Holouey, ona hücum edən şəxsin şəkilini çəkməyə çalışdığını söyləyib. Lakin bunu bacarmayıb.
O ətrafdakıların köməyi ilə dərhal xəstəxanaya yerləşdirilib. Daha sonra Londonda Moorfields Göz Xəstəxanasına köçürülüb.
Xatırladaq ki, məşhur aktyor naməlum şəxs tərəfindən hədəf aldı. O Maykın üzünə yumruqla vurub. Aktyorun başı və sfəti yaralanıb.
Həmin şəxs barədə istintaq başladılıb.
Oxşar xəbərlər
Türkiyədə narkotik əməliyyatları çərçivəsində saxlanılan məşhurlar gündəm olmağa davam edir
Ötən gün Türkiyədəki narkotik əməliyyatları çərçivəsində müğənni Aleyna Tilki, bloger Danla Bilic, aktrisalar Mümine Senna Yıldız və İrem Sak saxlanılıb, tibbi...