Danimarkanın Baş naziri: Qrenlandiya ilə bağlı mübahisə həll olunmayıb
Danimarka və ABŞ arasında Qrenlandiyanın mənsubiyyəti ilə bağlı mübahisə həll olunmayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Danimarka Baş naziri Mette Frederiksen Münxen Təhlükəsizlik Konfransındakı debatlar zamanı bildirib.
"Düşünürəm ki, Amerika prezidentinin (Donald Trampın - red.) istəyi eynidir (Qrenlandiyaya nəzarət etmək - red.). Krallıq və Avropa bununla razı deyil. Bircə onunla razıyıq ki, Arktikada təhlükəsizliyin təmin edilməsi üçün daha çox iş görülməlidir".
Xatırladaq ki, fevralın 13-də Frederiksen ABŞ Dövlət katibi Marko Rubio ilə görüşüb.
ABŞ administrasiyası yanvarın 31-də Qrenlandiyanın gələcək mənsubiyyəti ilə bağlı danışıqların başladığını bildirərək həm Ağ Ev, həm də Avropa üçün yaxşı sazişə nail olunacağına ümid ifadə edib. Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin zəruri olduğunu bildirib.
Qrenlandiya muxtar ərazi statusunda Danimarkanın tərkibinə daxildir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın Müdafiəsi haqqında Müqavilə imzalayıb. Buna əsasən ABŞ adanı mümkün təcavüzdən qorumaq öhdəliyini öz üzərinə götürüb.
Oxşar xəbərlər
İran prezidentindən iddialı vəd: Rəşt-Astara xətti nə vaxt açılacaq?
İran Prezidenti Məsud Pezeşkian "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin inkişafına maneə törədən bütün əngəllərin martın sonunadək aradan qaldırılacağına sö...