Danimarka Ukraynaya 600 milyon dollardan çox hərbi yardım paketi ayırıb

Danimarka Müdafiə Nazirliyi 26-cı hərbi yardım paketi çərçivəsində Ukraynaya artilleriya qurğuları və mərmiləri üçün 4,2 milyard kron (təxminən 630 milyon dollar) ayıracaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin məlumatında deyilir.
"Sayca 26-cı ianə paketi 2025-2028-ci illər ərzində təxminən 4,2 milyard kron məbləğində hərbi dəstəyi əhatə edir və Ukrayna Fondu çərçivəsində hərbi dəstək və Avropa Sülh Fondundan (EPF) gəlirlərin kompensasiyası çərçivəsində maliyyələşdirilir", - nazirlik bildirib.
Dəqiqləşdirilir ki, hərbi yardıma artilleriya alayları, Çexiya təşəbbüsü çərçivəsində döyüş sursatları, qırıcı təyyarələr üçün avadanlıq, həmçinin təlim imkanlarının genişləndirilməsi daxil edilib.
Oxşar xəbərlər
Tramp mayın 19-da Putinə zəng edəcəyini bildirib
ABŞ Prezidenti Donald Tramp mayın 19-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə o, "...
