COP29-da iqlim hədəflərinin qarşısındakı maneələr Türkiyə mətbuatında
"Haber Global" telekanalı Bakıda başlanan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının (COP29) Liderlər Sammitinin açılış mərasimini geniş işıqlandırıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, telekanal "İqlim böhranı necə maliyyələşdiriləcək?" süjet təqdim edib.
Telekanal bildirir ki, konfrans çərçivəsində iqlim dəyişikliyinin yaratdığı böhranlara qarşı ortaq mübarizə sahələrində irəliləyiş əldə edilməsi hədəflənir. İqtisadi səbəblər ölkələr üçün bu məqsədlərə çatmaq üçün maneə yaratsa da, COP29 bu maneələrin aradan qaldırılması üçün atılacaq ümumi addımların müzakirəsi üçün mühüm platforma yaradacaq.
"Tədqiqatlar göstərir ki, Çin istisna olmaqla, inkişaf etməkdə olan ölkələr üçün 2030-cu ilə qədər iqlim maliyyəsi ildə 2,4 trilyon dollara qədər artmalıdır, yalnız təmiz enerji investisiyalarına 1 trilyon dollar lazımdır", - telekanal qeyd edib.
Bununla yanaşı, "Haber Global" BMT Baş katibi Antonio Quterreşin çıxışından da yazıb.
Yazıda onun dünyanın yeni bir iqlim maliyyəsi hədəfinə ehtiyacı olduğu fikrinə diqqət çəkilir.
"Dünya iqlim maliyyəsi ilə bağlı borcunu ödəməlidir, əks halda bəşəriyyət bunun bədəlini ödəyəcək. İqlim maliyyəsi xeyriyyəçilik deyil, investisiyadır. İqlim tədbirləri seçim deyil, öhdəlikdir", - Quterreş vurğulayıb.
Oxşar xəbərlər
Castin və Heyli ayrılıb?
Bir neçə gün əvvəl Heyli Biberin 28 yaşı tamam olub. Bu yaxınlarda ilk dəfə ana olan model özəl gününü yaxınları ilə birlikdə qeyd edib və görüntüləri sosial şə...