Co Bayden Kaliforniyada fövqəladə vəziyyət elan etdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Co Bayden Kaliforniyada tüğyan edən meşə yanğınları ilə əlaqədar böyük fəlakət rejimi elan olunmasına dair fərman imzalayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Ağ Evin rəsmi internet səhifəsində məlumat yayımlanıb.
Yeni qərar çərçivəsində zərərçəkmişlərə müvəqqəti yaşayış üçün qrantlar, ev təmiri yardımı, sığortalanmamış əmlakın zərərinin ödənilməsi üçün kreditlər və digər dəstək proqramları təqdim ediləcək.
Eyni zamanda, Bayden Kaliforniyada azı 5 nəfərin həyatını itirməsinə səbəb olan yanğınlar səbəbindən planlaşdırdığı İtaliya səfərini ləğv etmək qərarına gəlib.
Qalereya
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...