Çirkli hava qonşu ölkədə 50 000 vətəndaşın həyatına son qoyub
Ötən il İranda 50 000 vətəndaş çirkli hava səbəbindən vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə qonşu ölkənin Səhiyyə Naziri Muhammed Rıza Zaferqandi "Təmiz hava günü"nə həsr edilən konfransda bildirib.
O çirkli havanın dünya iqtisadiyyatına 12 milyard dollar ziyan vurduğunu deyib.
Zaferqandi beynəlxalq standartların havanın hər kubmetrində 5 mikrogramdan çox hissəciklərin mövcudluğunu çirklənmə kimi qəbul etdiyini vurğulayıb:
"Biz bunu 12 mikrogram olaraq təyin edirik. Hətta bizim standartlarımıza görə, ölkəmizdəki şəhər camaatı ildə orta hesabla 247 gün çirkli hava ilə nəfəs alır. Bu müddət paytaxt Tehran üçün 353 gündür".
Oxşar xəbərlər
Dünyanın ən düz yolu - 240 km
Ginnes Rekordlar Kitabına görə, dünyanın ən uzun düz asfalt yolu Suudi Ərəbistandakı "Highway 10"dur. BAKU.WS xəbər verir ki, yol 240 kilometr boyunca çölün or...