Çinin valyuta ehtiyatları mart ayında 3 trilyon 240 milyard dollara çatıb

07
apr
2025
11:07
Çin Dövlət Valyuta Mübadiləsi İdarəsi mart ayına dair valyuta ehtiyatları ilə bağlı məlumat yayıb.
BAKU.WS xəbər verir ki, açıqlamaya əsasən, ölkənin valyuta ehtiyatları mart ayının sonunda əvvəlki ayla müqayisədə 13,4 milyard dollar artaraq 3 trilyon 240 milyard dollara yüksəlib.
Fevral ayına nisbətən ehtiyatlarda 0,42 faiz artım qeydə alınıb.
Bildirilib ki, Çinin valyuta ehtiyatları son 16 aydır 3,2 trilyon dollar səviyyəsinin üzərində qalır.

Oxşar xəbərlər
Melonidən Trampa maraqlı TƏKLİF
İtaliyanın baş naziri Corcia Meloni ABŞ prezidenti Donald Trampla görüşdə ona Qərb sivilizasiyasını "daha güclü" etməyi təklif edib. BAKU.WS xəbər verir ki, tə...