Çində 5,5 bal gücündə zəlzələ olub
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) məlumatına görə, yeraltı təkanların episentri gecə saatlarında Sıçuan əyalətinin Yibin şəhərinin Gaoşyan rayonunda qeydə alınıb.
Zəlzələ 6 kilometr dərinlikdə baş verib. İlkin məlumata əsasən, hadisə nəticəsində ölən olmayıb. Müxtəlif dərəcəli xəsarət alan 13 nəfər xəstəxanaya yerləşdirilib.
Təbii fəlakətdən sonra bölgədə üçüncü səviyyəli fövqəladə vəziyyət elan olunub. Zədələnmiş binalarda yaşayan 196 nəfər müvəqqəti sığınacaqlara köçürülüb.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...