Çin alimləri gələcək müharibələr üçün yüksək dəqiqlikli atom saatı yaratdılar

Çin alimləri gələcək müharibələrin xarakterini dəyişə biləcək NIM-TF3 adlı cezium atom saatları hazırlayıblar.
BAKU.WS xəbər verir ki, bu barədə gazeta.ru məlumat yayıb.
Saatın ölçüsü təxminən kiçik soyuducu boydadır (1,5 metr).
Bu saatlar hərbi yük maşınlarında daşına bilər və çətin şəraitdə belə vaxtı kvadrilyon saniyənin beşdə birindən az sapma ilə göstərə bilir.
Əvvəllər belə dəqiqlikdə saatların yalnız böyük ölçülü laboratoriyalarda və ciddi müdafiə şəraitində işləyə biləcəyi düşünülürdü. Ancaq NIM-TF3 bu qaydanı dəyişib.
Yeni texnologiya radarların sinxron işləməsini, təyyarələrin, o cümlədən görünməz modellərin izlənməsini və radioelektron mübarizə siqnallarının keyfiyyətinin artırılmasını təmin edir.
Bu saatlar Çin ordusuna REM, enerji silahları və pilotsuz texnologiyalar sahəsində əhəmiyyətli üstünlük verə bilər.
Oxşar xəbərlər
Hava limanında mədəsi ağrıyan qadının içindən 74 paket kokain çıxdı
Yaponiyada polis qarın ağrısından şikayət edən qadının içərisində 74 paket kokain tapıb. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Osaka şəhərinin Kansa...
