Çin ağır tonnajlı pilotsuz yük təyyarəsini sınaqdan keçirdi
23
may
2025
11:18
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Çin "CH-YH1000" adlı ağır pilotsuz yük təyyarəsinin sınaq uçuşunu uğurla həyata keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Global Times" yazıb.
Məlumata görə, pilotsuz yük təyyarəsi cümə axşamı ölkənin şimal-qərbindəki aerodromda ilk sınaq uçuşunu reallaşdırıb.
Təyyarənin istehsalçıları qeyd ediblər ki, sınaq zamanı yüksək keyfiyyətli uçuş məlumatları əldə edilib və qarşıya qoyulan məqsədlərə nail olunub.
Qeyd edək ki, təyyarə 1200 kq-a qədər faydalı yükgötürmə qabiliyyətinə malikdir. Maksimum uçuş məsafəsi isə 1500 km təşkil edir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...