Çilidə fırtına faciəsi: Beş turist həlak oldu, yeddisi axtarılır
Çilinin məşhur Pataqoniya bölgəsində yerləşən Torres del Paine Milli Parkında təbiət gəzintisi edən turist qrupu güclü fırtınaya düşüb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, qəfil başlayan şiddətli hava şəraiti nəticəsində 2 Meksika, 2 Almaniya və 1 Böyük Britaniya vətəndaşı olmaqla, ümumilikdə beş turist həlak olub. Daha yeddi nəfərdən isə xəbər yoxdur.
Hadisə zamanı küləyin sürəti saatda 189 kilometrdən artıq olub, bölgədə qarla qarışıq yağış müşahidə edilib.
Çili Meşə Xidməti (CONAF) itkin düşənlərin axtarışı üçün 24 nəfərlik xilasetmə qrupunun əraziyə göndərildiyini, çətin relyef və əlverişsiz hava şəraitinin axtarışları geciktirdiyini bildirib.
Oxşar xəbərlər
İran parlamentinin sədri ABŞ-yə xəbərdarlıq edib
İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ölkənin eyni vaxtda dörd müxtəlif sahədə müharibə apardığını açıqlayıb. BAKU.WS xəbər verir ki, onun sözlərinə gö...