CIA Çin vətəndaşlarına casusluq çağırışı etdi – Sosial şəbəkələr üzərindən video kampaniya başladıldı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Çinli dövlət rəsmilərinə və ictimaiyyət nümayəndələrinə qarşı hazırladığı yeni video kompaniyası ilə gündəmə gəlib. Sosial şəbəkələrdə yayımlanan videolarda Çin Kommunist Partiyasından narazı olan şəxslərə ABŞ kəşfiyyatı ilə əməkdaşlıq etmələri təklif olunur.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, sinematik tərzdə hazırlanmış videolarda Çindəki korrupsiya və təzyiqlərdən narahat olanlara "CIA ilə əlaqə saxlayın" mesajı verilir. Təşkilat nümayəndələri bildirirlər ki, bu cür kampaniyalar daha əvvəl Rusiyaya qarşı da uğurla tətbiq olunub.
CIA direktoru Con Ratkliff yayımlanan videoların Çinlə bağlı aparılan genişmiqyaslı kəşfiyyat əməliyyatlarının bir hissəsi olduğunu deyib: "Tariximizdə Çin Kommunist Partiyası qədər ciddi və strateji təhdid yaradan başqa bir düşmən olmayıb. Bu videolar həmin təhdidə yaradıcı və qətiyyətli cavabdır."
"Çin vətəndaşlarına qapımız açıqdır"
CIA adından danışan bir digər rəsmi isə bildirib ki, "Çin vətəndaşları bilməlidir ki, qapımız onlara hər zaman açıqdır." Onun sözlərinə görə, təşkilat yalnız ənənəvi casus məlumatları ilə deyil, eləcə də elm, texnologiya, kibertəhlükəsizlik və xarici siyasət sahələri ilə də maraqlanır.
Çinin Vaşinqtondakı səfirliyi isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Oxşar xəbərlər
Husilər İsrail ərazisinə raket zərbəsi endirdiklərini açıqlayıblar
Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər İsrailin Hayfa şəhərində yerləşən hədəfə hipersəs ballistik raketlə hücum edib. BAKU.WS "Report"a istinadən xəbə...