ChatGPT-yə görə müalicəni gecikdirdiyini iddia edən şəxs OpenAI-ni məhkəməyə verib

ChatGPT-yə görə müalicəni gecikdirdiyini iddia edən şəxs OpenAI-ni məhkəməyə verib
Dünya 36

ABŞ-də yaşayan bir şəxs səhhətinin ağırlaşmasına görə OpenAI şirkətini məhkəməyə verib. O iddia edir ki, ChatGPT-nin verdiyi cavablar səbəbindən vaxtında tibbi yardım almaqdan imtina edib.

BAKU.WS xəbər verir ki, The New York Times nəşrinin məlumatına görə, Florida ştatında yaşayan keşiş Skott Vinters OpenAI və şirkətin baş icraçı direktoru Sem Altmana qarşı Kaliforniya ştat məhkəməsində iddia qaldırıb.

İddia ərizəsində bildirilir ki, Vinters 2024-cü ildə sağlamlığı ilə bağlı sualları ChatGPT-yə ünvanlayıb. Əvvəlcə çatbot ona həkimə müraciət etməyi tövsiyə etsə də, sonradan bu xəbərdarlıqları dayandıraraq birbaşa tibbi məsləhətlər verməyə başlayıb.

Şikayətçi iddia edir ki, ChatGPT onun səhhətindəki pisləşmənin ciddi təhlükə yaratmadığını bildirərək peşəkar tibbi yardım almağı gecikdirməsinə səbəb olub. Nəticədə o, ağciyər emboliyası diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

İddia tərəfi hesab edir ki, bu hadisə süni intellekt sistemində təhlükəsizlik mexanizmlərinin kifayət qədər effektiv işləmədiyini göstərir.

OpenAI nümayəndəsi isə açıqlamasında bildirib ki, ChatGPT-nin istifadə şərtlərində onun diaqnoz və müalicə məqsədilə istifadə edilməməsi açıq şəkildə qeyd olunub. Şirkət əlavə edib ki, sağlamlıqla bağlı cavabların təhlükəsizliyini artırmaq istiqamətində işlər davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər