"Ceyms Uebb" teleskopu Finlandiya saunasının temperaturuna yaxın qaz nəhəngi aşkarlayıb
NASA-nın "Ceyms Uebb" kosmik teleskopu alimləri təəccübləndirən yeni ekzoplanet aşkar edib. TOI-199b adlı qaz nəhənginin temperaturunun təxminən 80 dərəcə selsi olduğu müəyyənləşdirilib ki, bu da Finlandiya saunasındakı istiliyə yaxın göstərici hesab olunur.
330 işıq ili uzaqlıqda yerləşən planet ölçüsünə görə Saturna bənzəyir və öz ulduzu ətrafında bir dövrəni 100 günə tamamlayır. Alimlər bildirirlər ki, qaz nəhəngləri arasında bu qədər "mülayim" temperatur olduqca nadir haldır.
Araşdırma zamanı astronomlar planetin atmosferini öyrənmək üçün transmissiya spektroskopiyası metodundan istifadə ediblər. TOI-199b ulduzunun önündən keçərkən teleskop atmosferdən süzülən işığı analiz edib və burada metan qazının çoxluğunu aşkar edib.
Mütəxəssislər atmosferdə ammonyak və karbon qazının izlərinə də rast gəlindiyini açıqlayıblar. Onların sözlərinə görə, bu kəşf planetlərin necə formalaşdığını və inkişaf etdiyini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.
Alimlər hesab edirlər ki, TOI-199b kimi "mülayim" qaz nəhənglərinin öyrənilməsi gələcəkdə Yer atmosferinin yaranma tarixini daha yaxşı anlamağa kömək edə bilər.
Oxşar xəbərlər
Xromosomlar nədir və niyə vacibdir? Yəni orqanizmin genetik "təlimatı" necə işləyir?
Xromosomlar insan orqanizmində genetik məlumatın daşınması və saxlanması üçün vacib strukturlardır. Onların daxilində DNT yerləşir və bu məlumat göz rəngindən t...