Ceyms Kemeron çəkdiyi filmi bəyənmədi: "Bəzi səhnələri utancvericidir"

"Titanik", "Avatar", "Terminator" kimi filmlərin rejissorluğunu edən Ceyms Kemeron açıqlaması ilə təəccübləndirib.
BAKU.WS xəbər verir ki, "Empire"yə danışan məşhur "Terminator" filminin şahəsər olmadığını bildirib:
"Onun bir şahəsər olmadığını düşünürəm. Bu dəqiqdir. Əlimizdəki avadanlıqlara görə çox yaxşı bir iş ortaya qoymuş ola bilərik. Amma filmdə bir çox səhnələr yaxşı olsa da bəziləri utancvericidir".
Ceyms Kemeron bu utancverici səhnələrin sadəcə avadanlıqların keyfiyyətinin aşağı olması səbəbilə yarandığını deyib. 40 illik karyerası olan rejissorun bu açıqlaması hamının təəccübünə səbəb olub.
Xatırladaq ki, 1984-cü ildə istehsal olunan ABŞ-nin fantastik janrlı döyüş filmlərindən biridir. "Terminator" filmi 2008-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilib.
Qalereya

Oxşar xəbərlər
Avropa ölkələrində elektrik kollapsı - Milyonlarla insan işıqsız qaldı
İspaniya, Portuqaliya, Fransanın bəzi bölgələri və Belçikada genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib. Avropanın enerji sistemində yaranan ciddi nasa...