Cənubi Koreyanın qəzaya uğrayan təyyarəsinin aviaqəzadan iki gün əvvəl mühərrikində nasazlıq yaranıb
Muan aeroportunda qəzaya uğrayan təyyarənin gövdəsi demək olar ki, tamamilə dağıldığı üçün qəzada həlak olanların cəsədlərini tanımaq çətin olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Cənubi Koreya yanğınsöndürmə xidmətinin nümayəndələri 29 dekabr tarixli brifinqdə məlumat veriblər:
"Qalıqları tapmaq və geri qaytarmaq üçün vaxt lazım olacaq."
Son məlumatlara görə, bir kişi və bir qadını xilas etmək mümkün olub.
Xilas edilənlər ekipaj üzvləri olub. Hava limanının nümayəndəsi brifinqdə deyib ki, hasarla toqquşmadan sonra sərnişinlər "təyyarənin salonundan düşməyə başlayıblar".
Qəzaya uğrayan təyyarənin aviaqəzadan cəmi iki gün əvvəl sərnişinlərin mindirilməsi zamanı mühərrikində nasazlıq yaranıb. Bu barədə həmin hadisə zamanı təyyarədə olan sərnişin məlumat verib.
Xatırladaq ki, 29 dekabrda Banqkokdan Muana uçan təyyarə eniş zamanı uçuş-eniş zolağından kənara çıxıb və hasar divarına çırpılıb. Görüntülərdən məlum olur ki, təyyarə şassini aça bilməyib, bu səbəbdən hərəkətini tənzimləyə və toqquşmadan yayına bilməyib.
Toqquşma anında təyyarədə 181 nəfər olub.
Oxşar xəbərlər
Venesuela Ali Məhkəməsi "TikTok"u 10 milyon dollar cərimələyib
Venesuela Ali Məhkəməsi "TikTok" sosial şəbəkəsini insanların psixi və fiziki sağlamlığına zərər vuran məzmun yaydığına görə 10 milyon dollar cərimələyib. "Repo...