Cənubi Koreyanın müdafiə naziri hərbi vəziyyətə görə əhalidən üzr istəyib və istefa verib

Cənubi Koreyanın müdafiə naziri hərbi vəziyyətə görə əhalidən üzr istəyib və istefa verib
Dünya 194

Cənubi Koreyanın müdafiə naziri Kim Yonq Hyun hərbi vəziyyətin tətbiqi ilə bağlı yaranmış vəziyyətə görə ölkə vətəndaşlarından üzr istəyib və istefa ərizəsini təqdim edib.

Bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

"Hərbi vəziyyətin tətbiqi ilə bağlı yaranmış xaosa görə məsuliyyəti öz üzərimə götürərək, istefa ərizəmi prezidentə təqdim etdim", - nazir jurnalistlərə deyib.

Bundan əvvəl Cənubi Koreyanın prezidentyönlü hakim Vətəndaş Gücü Partiyasının lideri Han Donq-hun hərbi vəziyyətin tətbiqini tövsiyə edən müdafiə nazirinin dərhal istefaya göndərilməli olduğunu bildirmişdi.

Çərşənbə günü Cənubi Koreya müxalifəti ölkə prezidenti Yun Sok Yola qarşı impiçment proseduruna başlayıb. Daha sonra ən böyük müxalif Demokrat Partiyası da müdafiə nazirinin vəzifəsindən uzaqlaşdırılması təklifini təqdim edib.

Çərşənbə axşamı Yun Sok Yol ölkədə hökumət əleyhinə fəaliyyətə görə hərbi vəziyyət elan edib. Bir neçə saat sonra o, hökumət tərəfindən dəstəklənən hərbi vəziyyətin ləğvinə razı olduğunu açıqlayıb.

Son xəbərlər