Cənubi koreyalıların 52 faizi Yunun impiçmentinə qərar verilməli olduğu fikrindədir

Cənubi koreyalıların 52 faizi Yunun impiçmentinə qərar verilməli olduğu fikrindədir
Dünya 0

Cənubi Koreyalıların 52 faizi prezidentlik vəzifəsindən uzaqlaşdırılan Yun Sok Yolun impiçmentinə qərar verməli olduğunu düşünür.

BAKU.WS xəbər verir ki, Yonhap agentliyinin xəbərinə görə, Cənubi Koreyanın Realmeter araşdırma şirkəti Yunla bağlı Konstitusiya Məhkəməsində davam edən impiçment prosesi ilə bağlı ictimai rəy sorğusu keçirib.

1006 yetkin şəxsin iştirak etdiyi sorğuda respondentlərin 52 faizi Yunun impiçmentinə qərar verilməli olduğunu bildirib. 45,1 faiz isə vəzifəsindən uzaqlaşdırılan Yunun yenidən prezident olmasını dəstəklədiklərini qeyd edib.

Konstitusiya Məhkəməsindəki impiçment prosesi ilə bağlı respondentlərin 50,7 faizi onun "ədalətli" keçdiyini düşünür, 45 faizi isə prosesin "ədalətli olmadığı" qənaətindədir.

Qeyd edək ki, Cənubi Koreya Milli Assambleyası 3 dekabr 2024-cü ildə hərbi vəziyyət elan edilməsinin Konstitusiyaya zidd olduğu əsas gətirilərək Yunun impiçmentini tələb edib. Bu səbəbdən o, prezidentlik vəzifəsindən uzaqlaşdırılıb.

Yunun 3 dekabr 2024-cü ildə hərbi vəziyyət elan etməsi ilə bağlı başladılan impiçment prosesi Konstitusiya Məhkəməsində davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər