Cənubi Koreya və Yaponiya: Şimali Koreya ballistik raket sınağı keçirib

Cənubi Koreya və Yaponiya: Şimali Koreya ballistik raket sınağı keçirib
Dünya 25

Cənubi Koreya və Yaponiya Şimali Koreyanın Yaponiya dənizi istiqamətinə qısa mənzilli ballistik raketlər atdığını açıqlayıb.

BAKU.WS xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreya Baş Qərargah Rəisləri Komitəsi Şimali Koreyanın ölkənin şərqində yerləşən Vonsan bölgəsindən yerli vaxtla saat 08:10-dan 09:20-dək bir neçə qısa mənzilli ballistik raket buraxdığını bildirib.

Raketlər şimal-şərq istiqamətində hərəkət edib, maksimum 100 kilometr hündürlüyə qalxaraq təxminən 800 kilometr məsafə qət etdikdən sonra Yaponiya dənizinə düşüb.

Cənubi Koreya ordusu raketlərin izlənməsi və ABŞ, eləcə də Yaponiya ilə məlumat mübadiləsinin davam etdiyini vurğulayıb.

Yaponiya Müdafiə Nazirliyi isə raketlərin hamısının ölkənin Xüsusi İqtisadi Zonası (EEZ) xaricinə düşdüyünü ehtimal etdiklərini bildirib.

ABŞ Hind-Sakit Okean Qüvvələri Komandanlığı (INDOPACOM) Şimali Koreyanın raket sınağını qınayıb və Pxenyanı beynəlxalq hüquqa zidd və sabitliyi pozan bu addımlardan çəkinməyə çağırıb. Komandanlıq əlavə edib ki, raketlər nə ABŞ əsgərləri və ərazisi, nə də bölgədəki müttəfiqlər üçün təhdid təşkil etmir.

Son xəbərlər