Cənubi Koreya Prezidentinin vəkilləri onun həbsinə dair orderdən şikayət etmək niyyətindədir

Koreya Respublikasının Prezidenti Yun Sok Yolun vəkilləri Konstitusiya Məhkəməsinə onun həbs orderinin dayandırılması üçün məhkəmə qərarı verilməsi xahişi ilə müraciət edəcəklər.
"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Daha əvvəl Yüksək Vəzifəli Məmurlarla bağlı Antikorrupsiya Təhqiqatları İdarəsi məlumat vermişdi ki, dekabrın 31-də məhkəmə prezidentin qiyam təşkil etməkdə və səlahiyyətlərini aşmaqda şübhəli bilinərək həbs orderini verib. Koreya Respublikası tarixində ilk dəfədir ki, fəaliyyətdə olan prezidentin həbsi üçün order verilib.
Prezidenti Yun Sok Yolun dekabrın 14-də parlamentdə impiçment nəticəsində səlahiyyətləri dayandırılıb.
Həbs orderi ilə bağlı məsələyə reaksiya verən vəkillər israr ediblər ki, antikorrupsiya idarəsinin qiyam şübhələrini araşdırmaq səlahiyyəti yoxdur. Qurum isə polis və müdafiə nazirliyi ilə araşdırma üzrə səylərini birləşdirib. Nəticədə birləşmiş istintaq qrupu yaradılıb. İdarə araşdırma aparmaq hüququnu qiyamın səlahiyyət aşımı olması ilə izah edib.
Oxşar xəbərlər
50 yaşlı DiKaprio 27 yaşlı sevgilisi ilə lüks yaxtada görüntləndi
Hollivud ulduzu Leonardo DiKaprio sevgilisi ilə istirahətə yollanıb. BAKU.WS xəbər verir ki, 50 yaşlı aktyor Fransanın Nitsa şəhərində dincəlir. O 27 yaşlı sev...