Cənazəyə gedən şəxslər Çankırıda qəza keçiriblər - 29 yaralı

Çankırıda mikroavtobusun dərəyə yuvarlanması nəticəsində 29 nəfər yaralanıb.
BAKU.WS türk mediasına istinadən xəbər verir ki, İstanbuldan hərəkət edən mikroavtobusda olanların mərasimdə iştirak etmək üçün Çorumun Sunqurlu rayonuna yola düşdüyü məlum olub.
A.K.-nin idarə etdiyi mikroavtobus Çankırı-Kızılırmaq avtomobil yolunun Dedeköy hissəsində dərəyə yuvarlanıb. Hadisə yerinə jandarma, yanğınsöndürmə, AFAD və təcili tibbi yardım qrupları cəlb edilib.
Qəza nəticəsində yaralanan 29 nəfər təcili tibbi yardım qrupları tərəfindən şəhərdəki xəstəxanalara çatdırılıb. Qəza səbəbindən avtomobil yolunda hərəkət bir müddət tək zolaqdan idarə olunan şəkildə davam etdirilib.
İstanbuldan yola çıxan mikroavtobusdakı sərnişinlərin yaxınlarının cənazəsində iştirak etmək üçün Çorumun Sunqurlu rayonuna getdiyi bildirilib.

Oxşar xəbərlər
İstanbulda mənzildə azərbaycanəsilli qadının meyiti tapılıb
İstanbulda azərbaycanəsilli qadın Olqa Aydın yaşadığı evdə ölü tapılıb. BAKU.WS "Sondakika.com"a istinadən xəbər verir ki, hadisə Esenyurt rayonunda yaşanıb. Q...
