Ceki Çandan karyerası ilə bağlı təəccübləndirici AÇIQLAMA
7-dən 70-ə hər kəsin sevimlisi olan aktyor Ceki Çan heç vaxt dublyordan istifadə etməyəcəyini və təqaüdə çıxmayacağını açıqlayıb
BAKU.WS xəbər verir ki, 71 yaşlı Ceki bu barədə "Haute Living"ə müsahibəsində bildirib:
"Əlbəttə dublyordan istifadə etməyəcəm. Bütün səhnələrdə də özüm çəkiləcəyəm. Mən belə insanam. Və bu mən təqaüdə çıxana qədər dəyişməyəcək. Mən də heç vaxt təqaüdə çıxmayacağam".
"64 ildir fasilə vermədən bu işlə məşğul oluram. O səbəbdən məşqə falan ehtiyac duymuram. Artıq hər şey ruhunuzda ürəyinizdə və əzələlərinizdə gizlidir" - deyə, aktyor qeyd edib.
Dünyanın ən çox qazanan aktyorlarından olan Ceki, sonuncu dəfə "Karate Kid: Legends"də rol alıb.
Qalereya
Oxşar xəbərlər
Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 500 nəfəri keçib
Venesuelada baş verən dağıdıcı zəlzələlər nəticəsində 4 561 nəfər həlak olub, 16 740 nəfər yaralanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, yenilənmiş məl...