Cavabsız telefon zəngi şəhid olan taksi sürücüsünün taleyini dəyişib - Tükürpədən TƏFƏRRÜAT

Cavabsız telefon zəngi şəhid olan taksi sürücüsünün taleyini dəyişib - Tükürpədən TƏFƏRRÜAT
Foto
Dünya 238

Türk Aerokosmik Sənayesinin (TUSAŞ) istehsal obyektində baş verən terror aktının araşdırılması zamanı tükürpədən detal üzə çıxıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücumu həyata keçirən terrorçular bir gün əvvəl TUSAŞ-a gedib, kəşfiyyat aparıblar və hücumda istifadə etməyi planlaşdırdıqları taksi sürücüsünün telefon nömrəsini götürüblər.

Məlum olub ki, hadisə baş verən gün terrorçular taksi sürücüsünə zəng edib. Lakin sürücü bu zəngə cavab verməyib. Belə olan halda terrorçular təsadüfən yoldan keçən taksi sürücüsü Murat Arslanın maşınına miniblər.

Həmin səhər həmkarının zəng edən telefona cavab verməməsi hücumda şəhid olan Murat Arslanın taleyini dəyişib.

Xatırladaq ki, iki gün öncə TUSAŞ-a edilən hücum zamanı 5 Türkiyə vətəndaşı şəhid olub, 22 nəfər yaralanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər