Bundestaq Ukraynaya 3 milyard avro yardımla bağlı qətnamə qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Bundestaqın üzvləri Almaniya Azad Demokratik Partiyasının (ADP) qətnaməsini qəbul edərək, hökuməti dərhal Bundestaqın Büdcə Komitəsinə Ukraynaya dəstək məqsədilə gələcək tədbirlər üçün 3 milyard avroya qədər "planlaşdırılmamış xərclər" təklifini təqdim etməyə çağırıblar.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
ADP-nin qətnaməsinin lehinə mühafizəkar Xristian Demokrat Birliyi və Xristian Sosial Birliyi (XDB/XSB) bloku səs verib.
"Almaniya üçün Alternativ", "Sara Vaqenknextin İttifaqı - Ağıl və Ədalət Naminə" və sol partiyalar layihəyə qarşı çıxıblar.
Almaniya Sosial Demokrat Partiyası (ASDP) və "yaşıllar" partiyasından olan parlament üzvləri səsvermədə bitərəf qalıblar.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...