Bu üsulla xroniki stress səviyyəsini məyyənləşdirmək mümkündür
Xose Manuel Feliçes adlı radioloq stress səviyyəsini təyin etmək üçün üç saniyəlik test təklif edib.
BAKU.WS "lenta.ru"ya istinadən xəbər verir ki, o bu üç saniyəlik testin insanın stress keçirib-keçmədiyini müəyyən edə biləcəyini deyib.
Feliçes çənəni "narahatlıq anbarı" adlandırıb. O izah edib ki, xroniki stress dövrlərində bədəni daim ayıq vəziyyətə gətirən sinir sisteminin aktivləşməsinə ilk reaksiya verənlərdən biridir.
"Yanaq sümüyünün altındakı, qulağınızın qarşısındakı boşluğu tapın. Barmağınızı ora qoyun və ağzınızı yavaşca açın. Ağrıyır? Əgər ağrıyırsa bu, yığılmış gərginlikdir", - deyə o qeyd edib.
Mütəxəssis həmin nahiyəni dairəvi hərəkətlərlə masaj etməyi tövsiyə edib.
O vurğulayıb ki, bu, yalnız rahatlamağa kömək edir.
Oxşar xəbərlər
Şimali Koreya ABŞ şirkətlərinə qarşı genişmiqyaslı kiberhücum həyata keçirib
Şimali Koreya ilə əlaqəli hakerlərin minlərlə ABŞ şirkətinin istifadə etdiyi proqram təminatına sızaraq iri miqyaslı tədarük zənciri hücumu həyata keçirdiyi bil...