Bu tarixi kəndə köçənlərə 44000 avro ödəniləcək

Bu tarixi kəndə köçənlərə 44000 avro ödəniləcək
Dünya 66

İtaliyanın tarixi kəndində canlanma kampaniyası başladılıb.

BAKU.WS xəbər verir ki, "Santo Stefano di Sessanio" adlı kəndin cəmi 115 sakini var.

Qədim kəndə gənc və kreativ insanların cəlb edilməsi üçün yerli bələdiyyə ciddi maliyyə dəstəyi təklif edir.

Bununla da, ölkənin Abruzzo bölgəsində yerləşən və unudulmaq təhlükəsi ilə üz-üzə qalan tarixi yer əhalisinin azalması problemini həll etmək üçün maraqlı bir layihəyə start verib.

Kəndin iqtisadiyyatını canlandırmaq məqsədilə həyata keçirilən proqrama görə, köçmək istəyənlərə geniş imkanlar yaradılır:

Maaş dəstəyi: Kəndə köçən şəxslərə üç il ərzində hər il 8 min avroya qədər maddi yardım göstəriləcək.

Biznes qrantı: Kəndin iqtisadi inkişafına töhfə verəcək biznes layihəsi quranlara bir dəfəlik 20 min avroya qədər qrant veriləcək.

Mənzil imkanı: İştirakçılar bələdiyyə tərəfindən ayrılmış aşağı kirayə haqqı olan evlərdə məskunlaşa biləcəklər.

Ümumilikdə, bir iştirakçı 44 min avroya qədər (təxminən 2 milyon 300 min TL) maliyyə üstünlüyü əldə edə bilər.

Layihədən yararlanmaq istəyənlər üçün müəyyən meyarlar qoyulub:

1. Yaş həddi: Müraciət edənlər 18-40 yaş aralığında olmalıdır.

2. Sənəd: Avropa İttifaqında yaşamaq icazəsinə sahib olmaq mütləqdir.

3. Öhdəlik: Kənddə azı 5 il yaşamaq vəd edilməlidir.

4. Fəaliyyət: Qurulacaq biznes kəndin sosial və iqtisadi həyatına birbaşa töhfə verməlidir.

İlkin mərhələdə cəmi 10 nəfər üçün nəzərdə tutulan bu proqram gözlənilməz dərəcədə böyük maraqla qarşılanıb.

Dünyanın müxtəlif ölkələrindən artıq 1500-dən çox şəxs kəndə köçmək üçün müraciət edib.

Bələdiyyə rəsmiləri bildirir ki, kəndin sərt qış şəraiti və məhdud ticarət imkanlarına baxmayaraq, əsas məqsəd tarixi irsi qorumaq və gənc nəslin enerjisi ilə kəndi yenidən canlandırmaqdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər