Bu tarixdə Yer kürəsinə nəhəng asteroid yaxınlaşacaq

Bu tarixdə Yer kürəsinə  nəhəng asteroid yaxınlaşacaq
Dünya 132

2029-cu il apreelin 13-də nəhəng "Apophis" asteroidi Yerə yaxınlaşacaq.

BAKU.WS xəbər verir ki, bu barədə "Live Science" məlumat yayıb. Əvvəl alimlər onun Yerlə toqquşması ehtimalının 3 faizdən çox olmadığını düşünürdülər. Lakin sonradan hesablamaları dəyişdilər.

Asteroid Yer kürəsinə ən yüksək orbitdəki bəzi peyklər kimi yaxınlaşacaq.

"Apophis" çox mürəkkəb bir fırlanma vəziyyətdədir, o, eyni anda həm fırlanır həm dayanır. "Apophis" 1120 fut (340 metr) genişlikdədir, daş, dəmir və nikeldən ibarətdir. Günəş ətrafında təxminən hər 11 aydan bir tam dövr edir.

"The Planetary Science Journal"da dərc edilən məqalədə "Apophis"in diametri 3,4 m olan bir daşın ona çırpılması halında trayektoriyasını dəyişəcəyi qeyd edilib.

Bundan sonra zərbə qüvvəsi asteroidin Yerə doğru istiqamət alması üçün kifayət edəcək.

"İzvestiya" qəzetində isə bildirib ki, asteroidin Yerlə toqquşması ehtimalı azdır.

Son xəbərlər