Bu süni intellekt modeli xəstəlikləri öncədən aşkarlaya biləcək

Bu süni intellekt modeli xəstəlikləri öncədən aşkarlaya biləcək
Dünya 29

Alimlər minlərlə xəstəliyi illər öncədən proqnozlaşdıra bilən süni intellekt hazırlayıb.

BAKU.WS xəbər verir ki, Avropalı tədqiqatçılar bir insanın tibbi tarixçəsinə əsaslanaraq 1000-dən çox xəstəliyin riskini illər öncədən müəyyən edə bilən Delphi-2M adlı süni intellekt modeli hazırlayıb.

Nature jurnalında dərc edilən araşdırmaya görə, model Böyük Britaniyanın yarım milyon nəfərlik UK Biobank məlumat bazasında öyrədilib. Sistem "transformer" alqoritmi ilə işləyir və xəstəliklərin hansı ardıcıllıqla yarandığını öyrənir.

Mütəxəssislər bildiriblər ki, model xüsusilə ürək-damar xəstəliklərində yüksək dəqiqliklə risk səviyyəsini müəyyən edə bilir. Bununla belə, alimlər hələ klinik istifadəyə hazır olmadığını vurğulayır.

Ekspertlərə görə, gələcəkdə bu cür texnologiyalar xəstələrin daha yaxından izlənilməsinə, erkən müdaxiləyə və səhiyyə sistemlərində resursların optimallaşdırılmasına imkan yaradacaq.

Oxşar xəbərlər

Günəş sistemindən kənarda 6 min planet kəşf edildi

Günəş sistemindən kənarda 6 min planet kəşf edildi

NASA Günəş sistemimizin xaricində təsdiqlənmiş kənar planetlərin sayının 6 minə çatdığını açıqlayıb. Bu, 1990-cı illərdən bəri sürətlə inkişaf edən araşdırmalar...

49 Dünya 11:07 19 sentyabr 2025

Son xəbərlər