Bu ölkəyə getmək istəyənlərin DİQQƏTİNƏ! - QAR YAĞACAQ
Türkiyənin iqlim üzrə mütəxəssisi Dr. Okan Bozyurt 2025-2026-cı illər qış mövsümünün Türkiyə üçün normadan artıq yağıntı gətirəcəyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, onun verdiyi məlumata görə, 20 dekabr – 20 yanvar tarixləri arasında Marmara, Karadeniz, İç Anadolu və Doğu Anadolu bölgələrində intensiv qar yağışı gözlənilir.
Bozyurt bildirib ki, bu yağışlar ölkə çaylarını dolduracaq, qış mövsümünü isə uzun müddət yaddaqalan edəcək. O, qarın əsasən şimal bölgələrdə yağacağını və yerdə uzun müddət qalacağını vurğulayıb.
Ən çox qar gözlənilən şəhərlər arasında İstanbul, Tekirdağ, Edirne, Bursa, Ankara, Samsun, Trabzon, Sivas və Giresun da yer alır.
Ümumilikdə təxminən 40 şəhərin mərkəzi qış ayında qara bürünəcək.
Oxşar xəbərlər
Avtomobil almaq hansı ölkələrdə daha sərfəlidir?
Son illərdə bəzi ölkələrdə avtomobil sahibliyi xüsusilə əlçatan olub. BAKU.WS xəbər verir ki, "Global Cost of Car Ownership" hesabatına görə, Lüksemburqda avt...