Bu ölkənin əhalsinin yarıdan çoxu Aİ-yə qoşulmaq istəmir

Bu ölkənin əhalsinin yarıdan çoxu Aİ-yə qoşulmaq istəmir
Dünya 21

İslandiyanın Avropa İttifaqına (Aİ) qoşulması ilə bağlı referendumun ilkin nəticələrində üzvlüyə qarşı çıxanlar üstünlük qazanıb.

BAKU.WS RUV telekanalna istinadən xəbər verir ki, altı seçki dairəsindən beşində səslərin hesablanmasından sonra seçicilərin 52,5 faizi Aİ-yə üzvlüklə bağlı danışıqların bərpasına qarşı çıxıb.

Təxminən 47,5 faiz isə prosesin yenidən başlanmasını dəstəkləyib.

Aİ-yə qarşı olanlar əsasən ölkənin balıqçılıq resurslarının xarici ölkələrin istifadəsinə açılmasından narahatdırlar.

Qeyd edək ki, İslandiya Aİ-yə üzvlük üçün ilk dəfə 2009-cu ildə müraciət edib, lakin danışıqlar 2013-cü ildə dayandırılıb. Ölkə hazırda Şengen zonasının və Avropa İqtisadi Zonasının üzvüdür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər